Missiya və vizyonumuz
Missiya və vizyonumuz
“Mysilo” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyi olaraq fəaliyyət göstərən “Silo Construction” MMC 23 illik təcrübəsi, geniş işçi heyəti və peşəkar yanaşma üsulları ilə reallaşdırdığı effektiv layihələr nəticəsində, bu sahə üzrə ölkə lideri olmağı bacarmışdır. Azərbaycanın istənilən bölgəsində adına rast gələ biləcəyiniz qurumun əsas fəaliyyət istiqamətləri dəyirmanlarda, quşçuluq və heyvandarlıq fermalarında dənli bitkilər üçün nəzərdə tutulan anbarların, quruducuların, təmizləyicilərin, tərəzilərin, toxum təmizləmə zavodlarının qurulması, montajı və inşaatından ibarətdir.
Ölkənin kənd təsərrüfatının inkişafına yönəlmiş uğurlu addımlar atan şirkət eyni zamanda, bir sıra dövlət əhəmiyyətli aqroparkların tikintisini də həyata keçirmişdir. Regionun ən çox ziyarət olunan və kütləvi informasiya vasitələrində ən çox işıqlandırılan “Caspian Agro” kənd təsərrüfatı sərgisinin daimi iştirakçısıdır. Avandanlıqları “MYSILO”, “LAW”, “AKY”, “ESİT” kimi Fransa və Türkiyənin öncül şirkətlərindən təmin edən “Silo Construction” MMC sürətli və mükəmməl nəticələrə imza atmaqdadır. Həmçinin, şirkət tikinti aparmaq üçün mövcud olan 12 sertifikatın hər birinə sahibdir. Qurulduğu gündən etibarən davamlı inkişaf nümunəsi sərgiləyən “Silo Construction” MMC artıq regionun ən nüfuzlu şirkətləri arasında öz yerini almışdır.
Bir kliklə sürətli sorğu göndər.
Tələb olunan xanaları doldurun və ən qısa zamanda nümayəndəmiz tərəfindən sizə özəl hazırlanmış individual qiymət təklifini əldə edin.